Siyasət

  • 3 757

Elçin Mirzəbəyli: “Terrorçuluq Sarkisyan hakimiyyətinin mahiyyətini əks etdirir”

image

“Ermənistanda uzun müddət tam sabitliyin bərpa olunacağı inandırıcı görünmür. Amma məncə hadisələrin gedişatının izləmək lazımdır. Çünki müxalif deputat Nikol Paşinyan və tərəfdarları “məxməri inqilab” başladıqlarını elan etsələr də onların bir o qədər də ciddi potensiala və gücə malik olmadığı göz önündədir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın aktiv vətəndaşlarının böyük bir hissəsi ölkəni tərk ediblər: “Yəni gənclər həm ölkədəki səfalətdən, işsizlikdən, həm də müharibə qorxusundan Ermənistanı tərk ediblər. Rəsmi statistikaya görə, Ermənistanı müstəqillik dövründə tərk edən insanların sayı milyon yarımdan çoxdur. Amma real rəqəmlər bundan daha çox olduğunu göstərir. Bu aspektdən də ola bilsin ki, aktiv proseslərə qoşula biləcək insanların sayı azdır. Digər tərəfdən də Paşinyanın rəhbərlik etdiyi fraksiyanın öz içində də belə ikitirəlik var. Çünki bu fraksiya çıxış blokudur və bu blok əsasında da yaranıb. Blokun üç həmsədri var. Həmsədrlərdən ikisi mitinqlərə dəstək vermirdilər və prosesdə iştirak etmirdilər. Bu baxımdan da aksiyaların hansısa bir uzun müddətdə davam edəcəyi ehtimalı var. Amma bu gün olmasa da Ermənistan cəmiyyətində Sarkisyan rejiminə qarşı daha kəskin aksiyaların baş tutması mümkündür.Digər amil yəni bəzi insanların aksiyalara qatılmamasının əsas səbəblərindən biri də Sarkisyan rejiminin qəddarlığıdır. Çünki onlar insanlara necə güllə atıldığının, dinc sakinlərin necə qətlə yetirildiyinin şahidi olublar. Xocalı qatilindən, Azərbaycanlılara qarşı soyqırım törədən bir insandan təbii ki, bundan daha yaxşısını gözləmək mümkün deyil. Eyni zamanda erməni siyasətçiləri də fərqli bir strategiya seçən siyasi qüvvələrin parlamentdə necə gülləbaran olduqlarının şahidi olublar. Bu da cinayətkar Sarkisyan rejiminin və onu himayə edənlərin əlinin işi olub. Terrorçuluq Sarkisyan hakimiyyətinin mahiyyətini əks etdirir. Bu baxımdan da insanlar görünür onlara qanlı divan tutulacağından qorxublar”.

sia.az

Digər xəbərlər