Siyasət

  • 3 818

ABŞ səfirliyi Ermənistanla bağlı xəbərdarlıq etdi

image

ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdarlıq yayıb.“ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər”- deyə, xəbərdarlıqda bildirilib.Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarksyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Ölkə parlamenti aprelin 17-də S.Sarksyanı baş nazir seçib.

sia.az

Digər xəbərlər