Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir.Bunu Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.Qeyd olunub ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələrdə inkişaf edir:“Türkiyə və Azərbaycan bütün potensiallarını regionun inkişafına yönəldə biliblər”.Bundan başqa, administrasiyadan deyilib ki, hər iki ölkəni təkcə tarixi köklər yox, həm də vacib iqtisadi və enerji layihələri birləşdirir:“Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini hiss edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.
yap.org.az