Siyasət

  • 4 431

Böyük Qələbə" adlı Forum keçirilir

image

Beynəlxalq Forumda SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev də iştirak edir

Bu gün Rusiyanın Bryansk şəhərində Böyük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə və partizan hərəkatının 75 illiyinə həsr edilmiş “Birlikdə əldə edilmiş Böyük Qələbə: Böyük Vətən müharibəsində partizan və gizli dəstə üzvlərinin şücaəti” Beynəlxalq Qaliblər Forumu keçirilir. SİA-nın verdiyi məlumata görə, “Birlik ilə əldə edilmiş Böyük Qələbə” Beynəlxalq Qaliblər Forumu 2010-cu ildən MDB ölkələrinin Dövlətlərarası humanitar əməkdaşlıq fondu və Prezident qrantları Fondunun dəstəyi ilə “Avrasiya tədqiqatlar İnstitutu” İnkişaf Fondu və “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən həyata keçirilir.Bu il layihənin təşkilatçısı və tərəfdaşları kimi Bryansk vilayətinin hökuməti və “Rusiyanın axtarış hərəkatı” Ümumrusiya ictimai Vətən müdaifəçilərinin xatirəsini əbədiləşdirmə hərəkatı çıxış edir.Forumda MDB, Baltikyanı ölkələr, Gürcüstandan və Azərbaycandan olan 250-dən çox – müharibə veteranları, tanınmış ictimai xadimlər və siyasətçilər, tarixçi-alimlər, ictimai təşkilatların və vətənpərvərlik hərəkatlarının nümayəndələri, məşhur jurnalist və ekspertlər, gənclər hərəkatının liderləri və tələbələr, eləcə də SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev iştirak edir.Beynəlxalq görüşün əsas mövzusu – Böyük Vətən müharibəsində partizan və gizli dəstələrin qəhrəmanlarının şücaətidir.Forum Böyük Qələbənin 75 illik yubileyinə hazırlığa start verəcək. Hazırlıq çərçivəsində 2018-2020-ci illər ərzində Birliyə daxil olan dövlətlərdə Böyük Vətən müharibəsinə dair xatirənin qorunması və tarixin saxtalaşdırılması ilə mübarizə istiqamətində priroitet tədbirlərin keçirilməsi nəzərdə tutulur.

sia.az

Digər xəbərlər