Siyasət

  • 3 919

Deputat: "Xocalı soyqırımını törədənlərin kimliyi məlumdur"

image

“Prezidenti İlham Əliyevin ötən gün Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, ölkəmiz 1993-cü ildən başlayaraq Xocalı soyqırımı ilə bağlı dünyada çox böyük işlər görür və bu işlər bundan sonra da davam edəcək. Məhz bunun nəticəsidir ki, artıq dünyanın 10-dan çox ölkəsi, bir çox beynəlxalq təşkilatlar, müəyyən ölkələr isə parlament və qərarlar səviyyəsində Xocalı soyqırımını tanıyırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Deputat bildirib ki, Xocalı soyqırımın tanıdılması ilə bağlı görülən işlər Prezidentin rəhbərliyi altında həyata keçirilir: “Xocalı soyqırımın dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, ölkəmizin I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri əvəzsizdir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası dünyanın 100-dən çox ölkəsində müxtəlif tədbir və aksiyaların keçirilməsi ilə öz nəticələrini verməkdədir”.Soyqırımın tanıdılması istiqamətində Milli Məclisin, Xarici İşlər Nazirliyinin, eləcə də medianın fəaliyyətini dəyərli hesab edən E.Məmmədov söyləyib ki, diaspor təşkilatları, diplomatik korpuslar qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti də bu istiqamətdə fəaliyyətlərini əsirgəmirlər: “Təbii ki, bu işlərlə kifayətlənmirik. Soyqırımın tanıdılması istiqamətində görəcək işlərimiz var və bu işlər getdikcə daha geniş vüsətlə davam etdiriləcək. Elə məsələlər var ki, onlar ümumxalq səviyyəsində həyata keçirilməlidir. Bu işdə hər bir vətəndaş öz töhfəsini verməli, işlədiyi sahədə bacardığını etməlidir”.Deputatın sözlərinə görə, görülən işlərin əsas məqsədi Xocalını tanıtmaqla yanaşı, onu törədənləri ifşa etmək, onların cəzalanmasına nail olmaqdan ibarətdir: “Xocalı soyqırımını törədənlərin kimliyi məlumdur. Özlərini məzlum, mədəni, yazıq millət kimi qələmə verən ermənilərin vəhşiliyi iç üzü açılıb göstərilməlidir”.

sia.az

Digər xəbərlər