Siyasət

  • 3 317

Sona Əliyeva: Gənclərin cəmiyyətin ayrı-ayrı sahələrində səmərəli fəaliyyət göstərmələri üçün proqramların hazırlanması təqdirəlayiq haldır

image

«Neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə uyğun olaraq Azərbaycanda yüksək intellektual səviyyəyə malik sağlam, vətənpərvər nəslin formalaşmasında, yüksək peşəkarlığa malik ixtisaslı kadrların hazırlanmasında, biliyə əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsində təhsil sahəsində aparılan islahatların əhəmiyyəti böyükdür». Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, bu islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir. Xüsusilə də gənclərin ixtisaslı kadr - mütəxəssis kimi formalaşdırılması istiqamətində konkret əməli tədbirlər görülür.
«Gənclərin cəmiyyətin ayrı-ayrı sahələrində səmərəli fəaliyyət göstərmələri istiqamətində proqramların hazırlanaraq tətbiq olunması, eləcə də onların xaricdə təhsil alaraq mütəxəssis kimi formalaşmaları üçün davamlı tədbirlərin görülməsi təqdirəlayiq haldır. Bununla yanaşı gənc alimlərimiz tərəfindən fundamental elmi araşdırmalar ortaya qoyulur. Ölkəmizdə elmin sürətli inkişafı, elmi tədqiqatlara yüksək dəyər verilməsi və diqqət göstərilməsi əsaslı elmi araşdırmaların aparılmasına stimul verir»-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər