Fransanın “Le Point” jurnalı Azərbaycanın turizm potensialından yazıb

Fransanın “Le Point” jurnalında Kristof Mijonun ölkəmizin turistik imkanları ilə bağlı “Xəzər dənizindən Qafqaz dağlarınadək” adlı məqalə dərc olunub.

Məqalədə Şərq və Qərb memarlığının nadir nümunələrini özündə birləşdirən Bakının müasir rəmzinə çevrilmiş Heydər Əliyev Mərkəzi, Alov qüllələri haqqında məlumat verilir.
Məqalədə, həmçinin Böyük Qafqaz dağlarının qoynunda yerləşən Qırız kəndindən, ölkəmizin turizm potensialı, hotel və istirahət mərkəzlərindən yazılıb.
Qeyd edək ki, K. Mijon “Nomade aventure” şirkətinin təşkilatçılığı ilə turizm sahəsində fəaliyyət göstərən fransız jurnalistlərin ölkəmizə səfəri çərçivəsində paytaxt Bakı və rayonlarımızdakı mövcud turizm imkanları ilə tanış olub.
Fransanın “Nomade aventure” aparıcı turizm şirkəti artıq neçə illərdir ölkəmizin turizm potensialının Fransanın turizm bazarında təbliğ edilməsi məqsədi ilə böyük işlər aparıb.

yap.org.az