Siyasət

  • 3 963

Aydın Mirzəzadə: "Rüstəm İbrahimbəyov özünün iç dünyasını göstərdi" MÖVQE

image

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu. Çəkdiyi “Qafqaz üçlüyü” filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən erməniləri isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edib". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, R.İbrahimbəyovun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o bu yoldan əl çəkmək istəmir: "Bu nifrət və küdurətlə o hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqinki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı. Vaxtilə bu şəxsi özünə "lider" seçən siyasi müxaliflərdən cavab gözləyirəm: sizin də bir zaman ortaya qoyacağınız “Qafqaz üçlüyünüz" var?".

sia.az

Digər xəbərlər