Siyasət

  • 4 881

Qabil Hüseynli: “Ermənistan danışıqların ruhuna zidd bəyanatlar verir"

image

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfərində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpa edilməsi və danışıqlara təkan verməkdir. Məhz birinci Ermənistana getməkdə də məqsəd odur ki, burada hakimiyyət dəyişikliyi baş verib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, bu gün Ermənistan dövləti danışıqların ruhuna zidd olan bəyanatlar verir: “Zənnimcə, Ermənistanın tutduğu mövqe hələ ki, bu prosesləri yardım etməyə hesablanmayıb. Bu nöqteyi-nəzərdən mənə elə gəlir ki, onları Ermənistanda çətin danışıqlar gözləyir. Hər halda həmsədrlər uğurlu nəticəni ortaya qoymaq fikrindədirlər. Məqsədləri ekspertlər, XİN rəhbərləri, prezidentlər səviyyəsində danışıqları bərpa etməkdir. Amma mən bu danışıqlar prosesinin konstruktiv nəticələnəcəyinə o qədər də bel bağlamıra. Çünki Ermənistanın tutduğu mövqe danışıqların dinamikasına qulluq etmir”.Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib. O deyib ki, iyunun 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.

sia.az

Digər xəbərlər