Siyasət

  • 4 634

Məmməd-Quliyev Azərbaycan-Aİ yeni strateji sazişindən danışıb

image

Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır. SİA-nın məlumatına görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir: “Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”.

sia.az

Digər xəbərlər