“Ruhun həsrəti” filminin təqdimatı keçirilib

Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçirilən toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə ilk olaraq "Ruhun həsrəti" sənədli filmi nümayiş olunub.Filmin nümayişindən sonra akademik Gövhər Baxşəliyeva bildirib ki, R. Orucov Murovdağda kəşfiyyat bölüyünün komandiri kimi dşmənlə üz-üzə ağır hərbçi həyatı yaşayıb.Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Sona Vəliyeva bildirib ki, qəhrəmanlarımız haqqında bu cür filimlərin çəkilməsi tədqirəlayiq haldır: "Filmdə Raquf Orucovun qəhrəmanlıqları geniş şəkildə əks olunub. Raquf Orucov daim xalqımızın qəlbində yaşayacaq. Biz öz qəhrəmanlarımız barədə geniş təbliğat aparmalıyıq”.Cahangir Məmmədli sənədli filmin telekanallarda nümayişinin zəruriliyini vurğulayıb.Bundan əvvəl aprel şəhidləri olan pilotlara həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatının keçirildiyini xatırladan MŞ sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, "Ruhun həsrəti" filminin çəkilişləri Bakıda və Ağdamda aparılıb.Tədbir zamanı bildirilib ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Ə.Amaşov və Bəxtiyar Qaracadır.

sia.az