Siyasət

  • 4 187

“Paşinyanın savaşı havadarlarını hərəkətə keçməyə məcbur etdi" ÖZƏL-ŞƏRH

image

“Nikol Paşinyanın “Qarabağ klnanı”na qarşı açdığı savaş artıq bu cinayətkar qruplaşmanın havadarlarını hərəkətə keçməyə məcbur etdi. Bu səbəbdən də Paşinyan parlamenti burxmağa cəsaərət etmir. Köhnə heyətlə işləməyə davam edən yeni baş nazir cinayətkar “Qarabağ klanına” qarşı başlatdığı təzyiqlərə görə cinayətkar qruplaşmanın özünümüdafiə instinktini oyadıb”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, keçmiş prezident Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın qohumlarının həbsi Rusiyanı dilə gəlməyə vadar etdi: “Rusiya xarici işlər naziri Serqey Lavrov Koçaryanın həbsi ilə bağlı narahatlıqlarını dilə gətirdi. Hadisələrin gedişi zamanı Rusiya Ermənistana bəyanatsız, lakin hərbi və iqtiasadi basqılarla təzyiq edirdisə, bu dəfə siyasi bəyanat verərək onu əməllərindən çəkinməyə çağırdı. Bu səbəbdən də Paşinyan okeanın o tərəfində ABŞ-dan, konkret olaraq Trampdan siyasi və iqtisadi dəstək axtrarır. Köhnə hakimiyyətin perspektivinin olmadığını görən ABŞ erməniləri lobbi fəaliyyətlərində dəyişiklik etməyə çalışırlar. Ona görə də bu yaxınlarda lobbiçilər Trampa məktubla müraciət edərək Paşinyanı qəbul etməyi xahiş ediblər”.V.Əfəndiyev bildirib ki, ABŞ erməni lobbisinin Prezident Donald Trampa Nikol Paşinyanı qəbul etməsi barədə məktubu ermənilərin böyük narahatlıqlar keçirdiyinin göstəricisidir: “ABŞ-ın əvvəlki prezidentləri ilə sıx münasibətlər quran erməni lobbisi və yeni Ermənistan hakimiyyəti Trampın etimadını qazanmaqdan ötrü dəridən qabıqdan çıxırlar. Sirr deyil ki, Tramp ABŞ erməni lobbisinə və Ermənistan hakimiyyətinə “xüsusi sevgi “ hissləri bəsləmir. Donald Trampın Azərbaycan Respublikasına qarşı laqeyid olmaması da dünya erməni lobbisinin narahatlılığının əsas səbəbidir. ABŞ prezidentlərinin ənənəvi olaraq qondarma “soyqırım” kartınıdan istifadə etməsi və erməni lobbisinin seçkilərdə əsas namizədi onların əsas silahı idi. Bu dəfəki seçkilərdə eməni lobbisinin Trampı deyil Klintona dəstək verməsi, dəstəkləməsi onlar üçün bağışlanmaz səhv oldu. Şəxsi biznesi olan və tanınmış milyarder namizəd Trampın erməni lobbisinin puluna və siyasi dəstəyinə ehtiyacı olmadan da hakimiyyət zirvəsinə qalxa bildi. Bu həm də gələcəkdə digər namizədlər üçün bir örnək oldu.Lobbinin bu cəhdi həm də Rusiya ilə münasibətlərin gərgin olması səbəbindəndir. Rus siyasətinin birmənalı olaraq açıq və birxətli müstəvi üzərinə keçməsi səbəbindən istənilən yanlış addım hətta ən yaxın müttəfiqlər üçün də gözlənilməz sürprizlərlə nəticələnə bilər. Buna misal olaraq Ukraynada baş verənləri nümunə gətirmək olar. Ukrayna ilə müqayisədə Ermənistan Rusiya üçün əhəmiyyətsiz bir bölgədir. Erməni lobbisinin çalışmalarının əsas xətti yeni Ermənistan hakimiyyətini Trampa yaxınlaşdırmaq və bu dalğa da öz itirilmiş keçmiş təsir imkanlarını bərpa etməkdir. Yoxsa indiyə qədər adı dillər əzbəri olan bir lobbinin Trampa yol tapmaması və məcburən məktubla müraciət etməsi vəziyyətlərin acınacaqlı olmasını göstərir”.

sia.az

Digər xəbərlər