Siyasət

  • 7 266

"Ölkədə həyata keçirilən xarici siyasət xalqımızın milli maraqlarına əsaslanır"

image

"Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, eləcə də digər ölkə rəhbərlərinin ölkəmizə rəsmi səfərə gəlməsi Azərbaycanın xarici siyasətində uğurlu addım kimi qiymətləndirilir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.Həyata keçirilən səfərlərin və səfərlər zamanı imzalanan sənədlərin dövlətlərarası münasibətləri, siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün önəm kəsb etdiyini deyən deputat söyləyib ki, bu səfərlərdən əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nüfuza malik olduğunu bir daha ortaya qoymuş olur.F.İbrahimlinin sözlərinə görə, Azərbaycanın regiondakı inkişafı, qüdrəti digər ölkələrin diqqətini cəlb edir.Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir: “Aİ-Azərbaycan əlaqələri uğurla inkişaf edir”.Yaxın iki il ərzində Azərbaycan qazının ilk dəfə olaraq Avropa məkanına çatdırılacağını xüsusi qeyd edən F.İbrahimli qeyd edib ki, görülən işlər, atılan addımlar nəticəsində Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək.Deputat əlavə edib ki, ümumilikdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan xalqının milli maraqlarına əsaslanır.

sia.az

Digər xəbərlər