Siyasət

  • 3 993

“Kreml Ermənistana başqa cür baxmağa başlayıb”

image

“Paşinyanın Putinlə görüşündən sonra optimist çıxışlar etməsinə baxmayaraq, görüş uğursuz alındı. Rusiya Ermənistanla olan münasibətlərinin artıq dünəndə qaldığının fərqinə varıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, Paşinyanın nə siyasi təcrübəsi, nə analitik dünya görüşü və düşüncəsi var.A.Mirzəzadənin sözlərinə görə, onun apardığı siyasət Ermənistan üçün növbəti ağır problemlər yaradır: “Bu gün Paşinyan küçə elektoratına verdiyi vədlərlə reallıqlar arasında var-gəl etməkdədir. O Rusiyadan arzu etdiyi siyasi dəstəyi də ala bilmədi. Rusiya Ermənistana etdiyi böyük yaxşılıqların bu gün unudulduğunun və bir tərəfdən onun dəstəyini alaraq, digər tərəfdən anti-Rusiya siyasətinin yeridildiyinin bir daha şahidi oldu”.Deputat vurğulayıb ki, Kreml artıq Ermənistana tamamilə başqa cür baxmağa başlayıb.Paşinyanın görüşdən sonra Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə toxunan A. Mirzəzadə söyləyib ki, onun sərsəm bəyanatları seçkiqabağı Koçaryan, Sarkisyan elektoratını öz tərəfində çəkmək istəyindən xəbər verir: “Əgər bu bəyanatlar bundan əvvəlki siyasi rəhbərlərə uğur gətirməyibsə, əlbəttə ki Paşinyana da uğur gətirməyəcək”.

sia.az

Digər xəbərlər