Siyasət

  • 3 905

Mərkəz sədri: "Paşinyanın dövlətçilik anlayışı hələ də formalaşmayıb”

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın dövlətçilik anlayışı hələ də formalaşmayıb”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Dağlıq Qarabağın “müstəqilliyi” qeyd olunanda Dağlıq Qarabağda olmadı, amma ondan bir neçə gün öncə oğlunun andiçmə mərasimində ailəsi ilə birlikdə iştirak etdi: “Təkcə bu fakt özü göstərir ki, N.Paşinyan ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin nə olduğunu başına yeridə bilməyib. Ermənistanın daxili problemlərindən, özünün bacarıqsızlığından diqqəti ayırmaq üçün Dağlıq Qarabağ məsələsində məntiqsiz, savadsız, ziddiyyətli fikirlər səsləndirir. Əgər doğrudan da Ermənistanın adından danışıqlarda iştirak edirsə və Rusiya ilə münasibətləri səmimi şəkildə normallaşdırmaq istəyirsə, o zaman çox asanlıqla Mehri dəmir yolunu açmaq məsələsini aktuallaşdırmalıdır. Mehri dəmir yolunun keçdiyi ərazilərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Sofistika ilə məşğul olması isə onu çətin vəziyyətə qoyur.Amma onun Moskvada olarkən Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə verdiyi bəyanat birbaşa AİB-ə qarşı yönəlib. O Qərbin maraqlarına uyğun KTMT-i ləkələdi. İndi də eyni bu motivasiya üzrə AİB-ə qeyri-ciddi qurum donu geyindirmək istəyir. RF KTMT məsələsində N.Paşinyanı pis vəziyyətə saldı. Hətta rusiyalı mütəxəssislər ABŞ-ın Ermənistandakı məxfi laboratoriyasına girdi. N.Paşinyanın düşüncəsinə görə o Qərbi inandıra biləcək ki, KTMT-yə cinayətkarın başçılıq etdiyini sübut etmək Qərb üçün Rusiyanın onun biolaboratoriyalarına girməkdən daha faydalıdır. İnamı möhkəmləndirən faktor kimi AİB-ə zərbə endirdi. Ermənistan AİB-ə üzv olarkən Dağlıq Qarabağı öz tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı rəsmi öhdəlik götürüb. İndi Ermənistanın birinci şəxsi bu öhdəliyi danır. Rusiyanın susması maraqlıdır. Ola bilər Ermənistandan daha əlavə nələrsə bunun əvəzində qoparacaqdır.

Amma Rusiyanın susması hələ hər şey demək deyil. Qarşıda minimum 2 variant var:

I. Rəsmi Bakı rəsmən AİB rəhbərliyinə müraciət edə bilər.

II. II. AİB təkcə Rusiyadan ibarət deyil. Qazaxıstan və Belarus da AİB üzvləridir.

Maraqlı vəziyyət yaranıb. Rusiya hansı qaydada MDB məkanında dövlətlərin milli maraqlarını, suverenliyini inkar edirsə, eynilə o qaydada ABŞ və iri dövlətlər Rusiyaya qarşı davranırlar. Rusiya milli maraqlarının danılmasını istəmirsə, MDB məkanındakı dövlətlərin milli maraqlarını danmasın”.

sia.az

Digər xəbərlər