Siyasət

  • 3 794

“Paşinyan bununla özünün səviyyəsizliyini göstərir" ÖZƏL-AÇIQLAMA

image

“Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları heç bir reallığı əks etdirmir və əsl erməni xislətinə hesablanıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.Onun sözlərinə görə, danışıqlar həmişə növbəti addıma yaxınlaşan zaman Ermənistanda çevrilişlər, iğtişaşlar olur və hakimiyyətə başqa şəxs gəlir: “Biz bunu Levon Ter-Petrosyanın və digərlərinin zamanında da görmüşük. Hakimiyyət dəyişir və yeni hakimiyyət özünün radikal göstərir. Bu çözülmüş və öyrənilmiş bir ssenaridir. Paşinyana gəldikdə isə o hesab edir ki, sərt çıxışlar edə bilər. Paşinyan bununla özünün səviyyəsizliyini və savadsızlığını göstərir. Onsuz da Serj Sarkisyan və Robert Koçaryanın özləri də siyasi təcrübəyə malik olmayan adamlar idi. Biz Levon Ter-Petrosyandan sonra Ermənistanda hansısa şəxs görməmişik ki, səviyyəli şəkildə onlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları aparmaq mümkün olsun. Paşinyanın sərsəm çıxışları isə öz seçiciləri qarşısında özünü göstərməyə və qondarma Dağlıq Qarabağdakı cinayətkarların dəstəyini itirməməyə hesablanıb. Çünki Yerevanda olan ermənilər onu dəstəkləmirlər. Hesab edirəm ki, Rusiyanın bu şəraitdə addımları, münasibəti çox vacib olacaq. ATƏT isə artıq 25 illik siyasətdə münaqişəni həll edə biləcək struktur kimi göstərmədi. Burada Rusiyanın rolu daha önəmli və vacib olacaq”.

sia.az

Digər xəbərlər