Siyasət

  • 2 536

“Müxalifətin partiya sədrləri bir-birlərinə nifrət edirlər” AÇIQLAMA

image

"Son vaxtlar müxalifət düşərgəsində ittihamların seriyası və qarşıdurmaların miqyası bir qədər genişlənib. Səbəb də önə çıxmaq və xaricdən verilən maliyyə yardımlarına daha çox sahib olmaq. Ancaq məlumatlara və aparılana araşdırmalara əsasən demək olar ki, iddiaların sayı çox olsa da. Qarşıdurmada qazanan olmayacaq. Çünki, qüvvələrin kifayət qədər olmamsı və xaricdəki maliyyə fondlarının müxalifətdən üz döndərməsi proqnozların əsaslı olduğunu təsdiqləyir". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Partiya sədri qeyd edib ki, müxalifət düşərgəsində heç vaxt qarşıdurmalar səngiməyibdir: “Sadəcə olaraq, bəzi hallarda çəkişmələr ikinci plana keçib, bəzi hallarda isə açıq şəkildə bunlar bir-biri ilə dava-dalaş ediblər. Artıq bu radikal müxalifət düşərgəsini xarakterizə edən əsas faktorlardan biridir. Hələ də başa düşmək olmur ki, bunlar hansı birincilik uğurunda mübarizə aparırlar. Yəni bunların hər biri özünü ana müxalifət hesab etmək istəyir və ana müxalifətçilik uğurunda mübarizə aparıblar. Əslində siyasi nəzəriyyələrə görə, ana müxalifət iqtidardan sonra parlamentdə, seçkilərdə ikinci yeri tutan partiyaya deyirlər. Amma gördüyünüz kimi heç bir radikal müxalifətin nümayəndələri nəyin ki, parlamentə heç onun həndəvərinə yaxın düşə bilməyiblər. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər bu illər ərzində keçirilən bütün seçkiləri uduza-uduza gəliblər. Bunlar hansı birincilik uğurunda mübarizə apara bilərlər. Sadəcə olaraq, müxalif partiya sədrləri bir-birlərinə nifrət edirlər”.M.Səfərlinin sözlərinə görə, müxalifət Qərb də Azərbaycanı istəməyən dairələrin yanında özlərini daha Azərbaycanda təsirli qüvvə olduqlarını göstərməyə çalışır: “Əslində bu qüvvələr artıq çoxdan cəmiyyətin, ictimaiyyətin elektaranın dəstəyini itirmiş qüvvələrdir. Sadəcə olaraq, onlar sanki bir uşaq oyunu oynayırlar. Yəni uşaqlar uşaqlıqda eviçik oynadıqları kimi onlarda balaca uşaqlar kimi eviçik oynayırlar”.“Düşünmək olarmı ki, müxalifətin aparıcı simalarının bir-birindən üz döndərməsi və yeri gələndə sosial şəbəkələrdə bir-birini gözdən salmağa çalışmaları hansısa maraqları təmin etməyə hesablanıb” sualına cavab olaraq, partiya sədri bildirdi ki, əgər doğurdan da onların Azərbaycanın inkişafı və irəli getməsi ilə bağlı hansısa alternativ, müştərək bir çağırışları, proqramları və platformları olsaydı, bəli demək olardı ki, bunlar yəqin ki, nə isə Azərbaycan üçün bir iş görmək istəyirlər: “Amma bunların hər birinin ayrı-ayrılıqda özlərinin bir qüvvə hesab etməsi, yalnız özlərinin fikirləşməsi hər şey öz adlarına çıxarmağa çalışmaları ondan xəbər verir ki, heç bir qüvvələri və ictimai-siyasi proseslərə təsirləri olmayan bu adamlar yalnız öz maraqları və gündəmdə qalmaları üçün çalışırlar”.

sia.az

Digər xəbərlər