Siyasət

  • 2 577

“Azərbaycan hərbi gücünü bir daha göstərmiş oldu” MÖVQE-ÖZƏL

image

"15 sentyabr tarixində keçirilən paradla Azərbaycan həm hərbi gücünü, həm də tək olmadığını göstərmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.Paradın insanlar tərəfindən sevinc və qürur hissi ilə qarşılandığını deyən deputat söyləyib ki, Azərbaycan-Türkiyə ordusunun birgə olması bütün dünya üçün nümunədir: “Azərbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etməkdədir. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm humanitar, həm mədəni, həm də hərbi sahədə əməkdaşlıq öz zirvəsini yaşayır. Artıq Azərbaycanla Türkiyə dünyada öz diasporlarını birləşdirməkdədir. Bütün bunlar göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir yerdədirlər”.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parad zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə toxunan A.Abbas vurğulayıb ki, qardaş ölkə rəhbərinin hər zaman olduğu kimi bu dəfə də bütün məsələlərdə, eləcə də münaqişənin həlli istiqamətində Azərbaycanın yanında olduqlarını bəyan etməsi həm ölkəmiz üçün əhəmiyyətli, həm də düşmənlərimizə xatırlatma oldu: “Türkiyə ilə birgə keçirilən parad Ermənistana və onun arxasında duran qüvvələrə mesaj oldu. Ermənistan 27 ildir ki, Azərbaycanla müharibə etsə də, yaxın müddətdə şərti olaraq müharibə elanı ilə bağlı qərar da qəbul edir. Təbii ki, dünya Ermənistandan bu addımları ilə bağlı hesab sormalıdır. Beynəlxalq ictimaiyyətin bəzi məsələlərə ikili standartlı mövqe nümayiş etdirdiyini nəzərə alsaq, təbii ki dünyanın bu cür addım atmayacağını hər kəs bilir”.Ermənistan tərəfindən atılan addımların cavabsız qalmayacağını dilə gətirən A.Abbas söyləyib ki, ölkəmizin Ermənistanı yerində oturtması üçün hərbi gücü artıq hamı üçün bəyandır: “ Azərbaycanın işğal etmiş torpaqlarını geri qaytarması üçün heç kimin köməyinə ehtiyacı yoxdur. Ölkəmizin erməni işğalçı qüvvələrini Dağlıq Qarabağdan təmizləmək üçün özünün kifayət qədər gücü var”.

sia.az

Digər xəbərlər