Siyasət

  • 3 890

Seymur Orucov: “Heç kimin daxili işlərimizə qarışmağa ixtiyarı yoxdur” ÖZƏL-MÖVQE

image

“İstər Paşinyan olsun, istərsə də Sarkisyan, onların heç biri leqal prezidentlər deyillər. Onlar qondarma dövlətin elə qondarma liderləridir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.“Ümumiyyətlə Ümummilli Lider Heydər Əliyev siyasətində biz nümunə olaraq göstəririk ki, cənab Prezident İlham Əliyev şəxsən öz oğlunu hərbi xidmətə göndərib. O bu gün cənab Prezidentimizin övladıdır, sabah isə lazım olacaqsa hərbi formada gedib Qarabağ döyüşlərinə qatılaraq torpaqlarımızın azad olunmasında iştirak edəcək. Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Ölkə başçısı cənab İlham Əliyev o qədər güclü, dünyada nüfuz qazanmış insandır ki, onun görmüş olduğu işlərə bir söz deyilə bilməz. Qoy onlar gedib öz boş-boş işləri ilə məşğul olsunlar. Bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin də övladı hərbi xidmətə gedib. Bir sözlə bu gün Azərbaycanda hər kəs gedib öz dövlətinə hərbi xidmətini yerinə yetirir. Terrorçu Ermənistan dövlətinin siyasi rəhbərliyi bilsin ki, Azərbaycanın güclü ordusu lazım gələrsə onları gəlib yerlə-yeksan edəcək”,-deyə, YAP GB-nın sədri fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər