Siyasət

  • 2 689

Yunus Oğuz: “Paşinyan daxili gərginlikdən qaçır” MÖVQE-ÖZƏL

image

“Paşinyanın daxildə vəziyyəti ürəkaçan deyil. Əslində bu gün Ter-Petrosyan, o cümlədən də Sarkisyan qüvvələri cəmləşərək Paşinyanı devirərək, gələcək seçkidə qələbə qazanmaq istəyirlər. Gərək olarsa, bunu vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxara bilərlər”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.O bildirib ki, əslində Paşinyan Ermənistanın daxilində vətəndaş müharibəsinin hazır olduğunu hiss edir: “Balaca bir qığılcım, ölkədə daxilində silahlı toqquşmalara gətirib çıxaracaq. Ona görə də, Paşinyan bu məsələlərdən qaçmaq üçün ölkəmizin daxili işlərinə qarışmağa çalışır. Gördüyünüz kimi, Paşinyanın oğlunun qanunsuz şəkildə Dağlıq Qarabağda xidmət etməsi ilə bağlı Azərbaycanda ajeotaj yaranması, heç kim də bu haqda fikir bildirib, müdaxilə etmədi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin oğlunun hərbi xidmətdə olması onlar üçün böyük problemə çevrildi. Dövlət başçısının oğlunun hərbi xidmət keçməsi təbiidir. Gələcəkdə gərək olarsa, Dağlıq Qarabağın azadlığı uğurunda iştirak etməlidir. Normal dövlətdə bunlar normal qarşılanır. Amma Paşinyan ölkəsində problemlərdən qaçmaq üçün bunu əlində bayrağa çevirməyə çalışdı”.Y. Oğuz qeyd edib ki, Paşinyanın bütün bunlar azmış kimi ölkəmizə qarşı “hünərləri varsa, gəlib müharibə etsinlər” kimi atmaca atması daxildə pik vəziyyətində olan gərginliyi normallaşdırmaq məqsədi daşıyır: “ O, vətəndaş müharibəsindən qaçmağa çalışır. Bundan sonra Paşinyanın Azərbaycana qarşı yeni ittihamları irəli sürəcəyinin şahidi olacağıq. Çünki, Azərbaycanın ordusunun güclənməsi, daxili həmrəylik onu özündən çıxarır”.Baş redaktorun sözlərinə görə, daxili həmrəylik ümumilikdə Ermənistanda böyük narahatçılığa səbəb olur: “ Paşinyan bunun qarşısında heç nə edə bilmədiyi üçün müxtəlif yollara əl atır. Paşinyan bu gün hakimiyyətdə qalmaq üçün öz populyar şüarlarından istifadə etməkdədir. lakin o dərk etmir ki, hakimiyyətdə bu cür şüarlardan qaçmaq lazımdır. O özünü küçədə mitinqlərdə hesab etdiyi üçün real addımlar əvəzinə, lazımsız şüarlar səsləndirməklə kifayətlənir. O Azərbaycana yönəlik mesajlar verdikdə daxildəki vəziyyət nisbətən sakitləşir. Lakin bu cür addımların ömrü uzun olmayacaq. Seçki ərəfəsində Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır”.

sia.az

Digər xəbərlər