Siyasət

  • 3 488

Millət vəkili: “Paşinyanın oğlu mətbəx işi ilə məşğuldur" ÖZƏL-MÖVQE

image

“Ermənistanın baş naziri Nikol Paşinyan siyasətdə çox tərübəsiz bir insandır. Onun başı bu gün daxili siyasi mübarizəyə qarışıb. 2016-cı ilin aprel hadisələrindən sonra qazandığı reytinqi itirməkdərir. Bu baxımdan onun üçün yad olan bir mövzuya Dağlıq Qarabağ mövzusuna dair bir-birinə zidd bəyanatlar verməkdədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, hərbi xidmət çəkməmiş, barıt iyi qoxlamamış bir insan bu gün hərbi məsələlərə dair çox cəfəng fikirlər irəli sürür: “Bu günlərdə yayılan məlumata görə, Paşinyanın oğlu cəbhə xəttindən uzaqda sadəcə olaraq mətbəx işi ilə məşğuldur. Özünün isə Dağlıq Qarabağa qanunsuz səfərləri sadəcə mətbuatda foto şəkillər yaymaq üçündür. Onun bəyanatları bu gün Ermənistan üçün böyük təhlükədir. Azərbaycanın iqtisadi qüdrəti, siyasi nüfuzu ən əsası güclü hərbi qüvvəsi Dağlıq Qarabağ problemini həll etməyə imkan vermir. Cənab Prezidentimiz açıqladığı kimi bir neçə gün bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinə çox ciddi zərbələr endirildi. Aprel hadisələri, Günnüt hadisəsinin təkrarı həmişə gözləniləndir. Bu dəfə Azərbaycan Aprel hadisələrini təkrarlayarsa bu artıq Paşinyanın hakimiyyətdən getməsi ilə deyil, Ermənistan üçün çox böyük ciddi və ağır nəticə ilə yekunlaşacaq”.

sia.az

Digər xəbərlər