Siyasət

  • 3 697

Politoloq: “Paşinyan atdığı bu addımla öz vəziyyətini ağırlaşdırır” ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın bütün fikri Ermənistanda keçiriləcək parlament seçkilərində qələbə çalmağa köklənib. O Yerevanda son mitinqi də ona görə təşkil etmişdi ki, özünü həm daxildə, həm də xaricdə göstərə bilsin”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, Paşinyanı nə Qarabağ, nə də başqa məsələlər maraqlandırmır: “Paşinyan yürütdüyü siyasət nəticəsində Rusiya ilə münasibətdə də müəyyən soyuqluq yaşayır. O Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşməyə çalışsa da o da alınmadı. Baxmayaraq ki, adamlarını Vaşinqtona göndərib lobbiçilik fəaliyyəti aparırdı. Paşinyan bu istiqamətdə də heç bir şeyə nail ola bilmədi. Ermənistanda 105 yerlik parlamentdə 57 deputat faktiki "Daşnaksütyun" partiyasının üzvləri hər an onu baş nazirlikdən endirə bilərlər. Ona görə də Paşinyanın ziddiyyətli hərəkətləri, sərsəm bəyanatları, təxribatları hamısı bununla bağlıdır. O atdığı bu addımla öz vəziyyətini ağırlaşdırır”.

sia.az

Digər xəbərlər