Siyasət

  • 4 074

"Prezidentin ordumuzun qüdrətini xüsusi vurğulaması çox mətləblərdən xəbər verir" ŞƏRH-ÖZƏL

image

“Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyinə həsr edilmiş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında cənab Prezidentimiz İlham Əliyevin etdiyi nitq mahiyyətinə görə dərin, məzmununa görə əhatəli və geniş idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.M.Qasımlı bildirib ki, nitqdə ilk növbədə Cümhuriyyət parlamentinin fəaliyyətinin və qəbul etdiyi qanunların əhəmiyyəti vurğulandı, müasir dövlət quruculuğunda Milli Məclisin oynadığı rol qeyd edilib: “Dövlət başçısı bildirdi ki, Azərbaycan parlamenti həm Ulu Öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var”.Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri üzərində dayanan Prezident İlham Əliyev işğalçı ölkəyə, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara açıq və mühüm mesajlar göndərmiş oldu: “Təcavüz nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyən Ermənistana qarşı təzyiqlərin edilməsinin vacibliyi, Azərbaycanın öz tarixi torpağından heç bir zaman vaz keçməyəcəyi vurğulandı. Ölkə başçısı qeyd etdi ki, əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Bundan başqa Dövlət başçısının Azərbaycan ordusunun qüdrətini xüsusi vurğulaması özlüyündə çox mətləblərdən xəbər verir ”.

sia.az

Digər xəbərlər