Siyasət

  • 6 702

Rasim Musabəyov: Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmək yolverilməzdir

image

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmək yolverilməzdir”. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə öz mövqeyini ifadə edib. Bu, dövlətimizin rəsmi mövqeyidir.
“Müəyyən dairələr tərəfindən Azərbaycan Respublikasının qanunlarını ciddi şəkildə pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər təşkil edilir. Dövlətimizin icazəsi, razılığı olmadan işğal edilmiş Dağlıq Qarabağ ərazisinə edilən bütün bu cür səfərlər separatçı rejimi və işğalı təbliğ edir. Ona görə də XİN bu məsələyə tamamilə doğru olan mənfi münasibətini nümayiş etdirdi”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər