Siyasət

  • 4 325

"Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmlənib" MÜNASİBƏT-ÖZƏL

image

“Cari ilin 9 ayı dövründə bütün sahələrlə yanaşı ölkəmizin xarici siyasətində də uğurlar olub, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib, nüfuzu artıb. Azərbaycanın uğurlu xarici siyasəti bu ilin 9 ayında da beynəlxalq arenada mühüm nailiyyətlərin əldə edilməsini təmin edib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva deyib.Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirdiyini deyən deputat söyləyib ki, ümumiyyətlə, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir: “2018-ci ilin 9 ayının nəticələrinə də baxdıqda deyə bilərik ki, bu dövrdə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib, dünyada sülhün və sabitliyin təmin olunmasına böyük töhfələr verib. Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb”.S.Fətəliyeva qeyd edib ki, cari ilin 9 ayı dövründə, xarici, daxili siyasətlə yanaşı, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində də mühüm işlər görülüb, layihə və tədbirlər həyata keçirilib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlara gəldikdə, deputat bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir”.

sia.az

Digər xəbərlər