Siyasət

  • 5 002

Mingəçevirdə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib

image

YAP Mingəçevir şəhər təşkilatının və Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans iştrakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Konfransda əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov Azərbaycanın müstəqillik qazanmasında, inkişaf etməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb. İ.İsmayılov bildirib ki, Azərbaycan dövlətinin həqiqi müstəqilliyinin, bu günki uğurlarının təməlində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır: “1990-cı illərin əvvəlində ölkəni bürüyən siyasi böhranı, anarxiyanı, xaosu, hərc-mərcliyi hər kəs xatırlayır. Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yarandı və cəmiyyət həyatının bütün sahələrində tərəqqi başladı. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
İ.İsmayılov qeyd edib ki, oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Onun sözlərinə görə, ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçərək dünyada böyük nüfuza malik olan dövlətə çevrilib.
Konfransda daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Azərbaycanın dövlət müstəqilliyinin bərpası tariximizin şanlı səhifəsidir”, YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Məmmədova “Heydər Əliyev və müstəqil dövlət quruculuğu siyasəti”, Mingəçevir Turizm Kollecinin müəllimi Ceyhun Abdullayev “Ulu öndər Heydər Əliyevin siyasi kursu milli dövlətçiliyimizin strateji konsepsiyasıdır”, Mingəçevir Dövlət Universitetinin müəllimi Aygün Qədirova “Müasir Azərbaycanın uğurları Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının əməli nəticəsidir” mövzusunda məruzələrlə çıxış ediblər.

yap.org.az

Digər xəbərlər