Azərbaycanın bir qrup media nümayəndələri XVIII Beynəlxalq İqtisadi Foruma qatılıblar

"SƏS" Media Qrupunun baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə Azərbaycanın bir qrup media nümayəndələri və turizm sahəsində çalışan menecerlər Ukraynaya səfərləri çərçivəsində bu gün Livov vilayətində təşkil olunan XVIII Beynəlxalq İqtisadi Foruma qatılıblar. SİA-nın verdiyi məlumata görə, Forumda ümumilikdə müxtəlif ölkələrdən 200-ə yaxın nümayəndə heyəti iştirak edir.Moderator qismində Ukrayna Turizm Agentliyinin rəhbəri İvan Liptuqa çıxış edərək Forumun panelləri haqqında qonaqlara ətraflı məlumat verib. Forumda spiker qismində isə Dünya üzv ölkələrarası Turizm təşkilatının koordinatoru Beka Jakeli, Ukrayna parlamentinin üzvü Mukola Veluçkoviç, Livov Regional Dövlət Administrasiyasının müdir müavini Rostuslav Zamlunski, Ukraynanın Qərb rayonunun Xarici İşlər Nazirliyinin əməkdaşı Vyaçeslav Voynarovski və Tibb Turizminin Ukrayna Assosiyasının vitse-prezidenti, təsisçisi İqor Torski iştirak ediblər.Qeyd edək ki, 5 günlük səfər çərçivəsində nümayəndə heyətinin Ukraynanın Livov vilayətinin qubernatoru ilə də görüşü nəzərdə tutulub.

sia.az