Siyasət

  • 4 086

“Medianın bir çox öhdəlikləri-vəzifələri var" ÖZƏL-ŞƏRH

image

“Medianın bir çox öhdəlikləri, vəzifələri var ki, onların arasında dövlət dilinə sayqılı yanaşma da yer alır. Bu nə deməkdir? Bu o deməkdir ki, media öz fəaliyyətində dövlət dilinə həssas yanaşmalı, dil qaydalarına tam əməl etməli, eyni zamanda dillə bağlı mənfi və müsbət meylləri aşkar edib ictimailəşdirməlidir”. Bunu SİA-ya açıqlamasında İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət deyib.Onun sözlərinə görə, media birmənalı olaraq həm də dilin ən öndə gedən keşikçiləri sırasındadır: “Ümumilikdə medianın dillə bağlı mənfi halları aradan qaldırmaq üçün nə etməli olduğuna gəlincə, əlbəttə ki, özündən başlaması şərtdir. Yəni istənilən media qurumu – qəzet, agentlik, tv, radio və ya onlayn olsun – yazdığına, danışdığına diqqətlə yanaşmalıdır. Çünki medianın dili kütləvidir, hər kəs öz danışığını mediaya nəzərən formalaşdırır. Əgər media bir ifadəni, bir cümləni yanlış təqdim edərsə, həmin yanlış az qala normaya çevrilir və insanlar tərəfindən qısa müddətdə mənimsənilir. Ona görə də media özündən başlamalıdır.Əlavə olaraq media dövlət dilinin qorunması yönündə dövlət siyasətini yaxından izləməli, buna uyğun məzmunu istifadəçilərinə təqdim etməlidir. Burada tənqid də, təkliflər də, yeri gələndə təqdir də ola bilər”.

sia.az

Digər xəbərlər