Siyasət

  • 4 344

Tahir Mirkişili: “2019-cu ilinin dövlət büdcəsi artımla planlaşdırılır" ÖZƏL-RƏY

image

“Azərbaycan Respublikasının 2019-cu ilinin dövlət büdcəsi artımla planlaşdırılır. Büdcənin həm gəlirlərində, həm də xərclərində artım var. Gəlirlərində təxminən 787 milyon, xərclərində isə 1,7 milyard manata yaxın artım planlaşdırılır. Eləcə də iqtisadiyyatın özünün gələn il artması planlaşdırılır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.Deputatın sözlərinə görə, ümumdaxili məhsulun növbəti ildə 3,6 faiz artması planlaşdırılır ki, bu da iqtisadiyyatın artımının büdcədə əks olunması deməkdir: “Amma xərclərə baxsaq, təbii ki, bütün istiqamətlərdə büdcə xərclərində artım var. Yəni sosial xərclərdə, müdafiə xərclərində və s. artım var. Bildiyiniz kimi büdcənin hər 100 manatından 32 manatı sosial xərclərdir. Ümumiyyətlə iqtisadi aktivliyi artırmaq üçün dövlətəsaslı vəsaitlərdə artım gözlənilir. Həmçinin tikinti sahəsinə ayrılan xərclərdə artım vardır. Büdcənin bütün maddələri üzrə artımın olması növbəti ildə Azərbaycan iqtisadiyyatının bir tərəfdən aktiv artımı ilə olmasını planlaşdırmasına əsas verir, digər tərəfdən isə dövlətin sosial qayğısının həcminin daha da artırılması planlaşdırılır. Təbii ki, bununla da həm orta pensiya təminatında, həm də orta aylıq maaşların səviyyəsinin artması gözlənilir”.

sia.az

Digər xəbərlər