Siyasət

  • 4 032

Sahibə Qafarova AŞPA-nın komitə iclaslarında iştirak edir ÖZƏL-MÜNASİBƏT

image

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdədir. Deputat AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya və Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrində keçirilən müzakirələrdə iştirak edir. Sahibə Qafarova SİA-ya açıqlamasında deyib ki, dekabrın 3-7 tarixlərində baş tutacaq müzakirələrdə milli azlıqların hüquqlarının qorunması, Mərakeş parlamentinin demokratikliyinin tərəfdaşlığa uyğunluğunun qiymətləndirilməsi, nifrət nitqi və siyasətçilərin nifrət nitqlərinə qarşı mübarizədə rolu, idmanda nifrət aşılayan davranışların qarşısının alınması, Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyasının həyata keçirilməsində nailiyyətlər və çətinliklər və digər mövzularda diskussiyalar aparılacaq.Həmçinin, millət vəkili miqrasiya böhranının aradan qaldırılmasında əməkdaşlığın inkişaf etdirilməsinin rolu, Şərqi Avropadan əmək miqrasiyası və bunun həmin ölkələrdə sosial-demoqrafik vəziyyətə təsirləri, insan alverina qarşı mübarizədə görülən tədbirlər, Avropa Şurasında miqrantların inzibati həbsinə dair sənədin kodlaşdırılması, uşaqların immiqrasiya həbsinin sonlandırılması ilə bağlı Parlament Kampaniyası, miqrant və qaçqınların inteqrasiyası ilə bağlı müraciətin qəbulu və digər mövzularda müzakirələrdə iştirak edəcək, Azərbaycanın bu məsələlərlə bağlı həyata keçirilən beynəlxalq tədbirlərə dəstəyi, ölkəmizdə gender məsələlərin həlli istiqamətində görülən işlər barədə çıxış edəcək.

sia.az

Digər xəbərlər