Siyasət

  • 4 080

Əflatun Amaşov: Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir

image

“Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir”. Bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycan dili qədim və zəngin dildir. Onun sözlərinə görə, Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatın dili ilə bağlı mütəmadi monitorinq keçirir.
“Təəssüf ki, mətbuatda da dil ilə bağlı çoxlu nöqsanlar var. Daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”-deyə, Ə.Amaşov qeyd edib.

yap.org.az

Digər xəbərlər