Siyasət

  • 3 726

"İşğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq” - MÖVQE

image

“İki gün öncə Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bəyanat yaydılar. Ermənistan ATƏT-in Minsk qrupundan elə bir bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvandakı “Lazerev klubu”nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Kazmirov çıxış etdi. Onlar istitutlaşmış şəkildə Azərbaycana qarşı mövqelər sərgiləyirlər”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fərəc Quliyev deyib.Deputat bildirib ki, bizim indiyədək əməl etdiyimiz atəşkəş barədə fərqli mövqeyimiz olmalıdır: "Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır. Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirlər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə onları vuracağıq. Başa düşmürəm ki, bizim sərhəd xəttimiz təmas xəttidir?”.F.Quliyev deyib ki, Azərbaycan sərhəddini keçən düşmən tərəfin vasitələri vurulmalıdır. “Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq”.

sia.az

Digər xəbərlər