Siyasət

  • 3 385

"Paşinyan xalqı öz nağıllarına inandıra bilmədi" ÖZƏL-RƏY

image

“Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində vətəndaşların fəallığı gözlənilən səviyyədə olmadı. Ermənistanda Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, seçkilərdə fəallıq 48,63 faiz olub. Bu da onu göstərir ki, Ermənistanda keçirilən seçkilərdə insanlar seçkiyə şübhə ilə yanaşaraq demokratik keçirilmədiyini nəzərə alıb, səs verməyə getməyiblər”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.Onun sözlərinə görə, hər nə qədər Paşinyan demokartiyadan "dəm" vursa da xalqı öz nağıllarına inandıra bilməyib: “Xüsusilə, erməni mətbuatında bildirilir ki, erməni tarixində ilk dəfə olaraq seçicilərin yarıdan çoxunun səsvermədə iştirak etmədiyi belə bir zaman az olub. Əslində, bu xalqın Paşinyana da inanmadığının bariz nümunəsidir. Hər nə qədər Paşinyan inqilabla, xüsusilə də xalqı arxasına alaraq hakimiyyətə gəlsə də zamanla xalq da Paşinyanın Serj Sərkisyan diktaturası yolunu getdiyini görməyə başladı. Bu reallıq da seçkilərə təsirsiz ötüşmədi. Seçkilərdə seçicilərin fəallığının aşağı olması faktı bir daha onu sübut edir ki, Paşinyan baş nazir seçilsə də hakimiyyəti uzunömürlu olmayacaq”.

sia.az

Digər xəbərlər