Siyasət

  • 3 689

“Dini qurumlar və sosial media” KONFRANS

image

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının rəhbərliyi, millət vəkilləri və media nümayəndələri iştirak edirlər.Konfransı giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq “Dini qurumlar və sosial media” mövzusu ilə bağlı fikirlərini bölüşüb.Daha sonra Dövlət Komitəsinin İctimiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova “Sosial media və din” mövzusunda təqdimatla çıxış edib.Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Aparat rəhbəri Aytən Qəhrəman, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili fikirlərini bölüşüblər.Qeyd edək ki, konfransın keçirilməsində məqsəd sosial şəbəkələrdə dini qurumların fəaliyyətinin müzakirəsidir.

sia.az

Digər xəbərlər