Siyasət

  • 3 430

"Azərbaycan-Rusiya münasibətləri yüksələın xətlə inkişaf edir" MÖVQE-ÖZƏL

image

“Azərbaycan-Rusiya münasibətlərində inkişaf davam etməkdədir. Rusiya XİN başçısı Sergey Lavrovun son səfəri iki ölkə arasında sıx münasibətlərə malik olduğunu bir daha göstərmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, Azərbaycan-Rusiya arasında münasibətlərin, əməkdaşlığın, tərəfdaşlığın daha da genişlənməsi, yaxınlaşması istiqamətində işlər davam etməkdədir.2018-ci ilin iki ölkə arasında əməkdaşlıq üçün bundan öncəki illərlə müqayisədə daha uğurlu il olduğunu dilə gətirən deputatın sözlərinə görə, cari ildə Azərbaycan-Rusiya arasında çoxsaylı səfərlər, qarşılıqlı sənədlərin imzalanması, müəyyən proseslərə münasibətlər qonşu dövlətlər arasında əməkdaşlığın yüksələn xətlə inkişafının göstəricisidir: “Təbii ki, bu nailiyyətləri uğuru Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində əldə etmək mümkün olub. Lakin bu, işlərin yekunu deyil. Əlbəttə ki, iki ölkə arasında əməkdaşlığın daha da inkişafı baxımından qarşıda atılacaq addımlar var”.E. Məmmədov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylədikləri ifadələri əməldə gerçəkləşdirməlidir: “ Rusiyanın münaqişənin həllində həlledici faktor olduğu danılmazdır. Belə olan halda, biz Rusiyadan işğalçı cırtdan dövlətə qarşı təsirini göstərməyini və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həll edilməsini gözləyirik. İnanırıq ki, Rusiya Azərbaycanla səmimi dostluğunu əməlində də sübut edəcək”.

sia.az

Digər xəbərlər