Siyasət

  • 5 807

Tahir Kərimli: "Bizi açıq şəkildə təhqir edirlər"

image

“Hazırlanmaqda olan “Mətbuat Şurası haqqında” qanun layihəsi ilə tanış oldum, bunun qəbul edilməsini zəruri sayıram. Jurnalistlərin təklifini faydalı sayıram. Həm jurnalistlərin hüquqularının müdafiəsi sahəsində, həm də onların cəzalandırılması mexanizmləri haqqında məsələnin qoyulmasını düzgün sayıram. Bu, eyni zamanda teleradio şurası haqqında qanuna da aid edilməlidir”. SİA-nın xəbərinə görə, bunu bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.Deputat bəzi jurnalistləri tənqid edib: “Mənim tanıdığım jurnalistlər var, onlar işinə ciddi yanaşır. Lakin bəzən sanki mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldular. Onlar azmış kimi, Parlamenti də gözdən salırlar. Sanki sosial şəbəkələrə bir informasiya yemi lazımdır. Bir sözü dəyişirlər, kontekstdən çıxarırlar, onlar da ağzına gələnləri deyirlər. İstənilən səviyyədə dövlət adamını təhqir edirlər. Abırsız, həyasız vəziyyətə salırlar. Ailə tərbiyəsi görümüşük, 50-60 il yaşamışıq, heç vaxt o sözləri eşitməmişik. Heç uşaqlıqdan valideynlərimiz bizi çölə buraxmayıb ki, həmin sözləri eşidək. Gözlərimiz görür, qulaqlarımız eşidir, bizi açıq şəkildə təhqir edirlər. Hər birimizin təhqir olunması, eyni zamanda bütün Parlamentin, dövlətin də nüfuzunun aşağı salınması deməkdir. Bu məsələlərə son qoymaqdan ötrü mexanizm hazırlanmalıdır”.

sia.az

Digər xəbərlər