Siyasət

  • 3 365

“Hər bir Azərbaycan vətəndaşı Ordunun yanında olmalıdır” ÖZƏL-ŞƏRH

image

“Ümumiyyətlə, ordunun güclü, qüdrətli olması Azərbaycan dövlətinin qüdrətli və güclü olması deməkdir. Təbii ki ordu ilə bağlı qarşıya qoyulan vəzifələr prioritet vəzifələrdir və buna nail olmaq üçün kifayət qədər dövlət başçısı cənab İlham Əliyev tərəfindən lazımi tədbirlər görülür və qərarlar verilir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, xüsusilə son illərdə Azərbaycan ordusunun və orduda xidmət edən əsgərlərin, gizirlərin, zabitlərin yüksək əhvla-ruhiyyədə olması, eyni zamanda hərbi-sursatın yüksək səviyyədə təminatı məsələsi öndə durur: “Ona görə də düşünürəm ki, bu məsələ prioritetdir. Azərbaycan ordusunun dünyanın 50 ən güclü ordular sırasında olması adi bir fikir, söz deyil. Hətta el arasında belə bir deyim var: “Ordun varsa yurdun var, ordun yoxsa yurdun yoxdur”.Təbii ki, ordunun qüdrətli, güclü olması işğal altında olan ərazilərimizin azad olunmasına gedən bir yoldur. Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin orduya xüsusi diqqət göstərməsi, yüzlərlə hərbi qulluqçunun mənzil-məişət şəraitinin yaxşılaşdırılması çox vacib məsələdir. Düşünürəm ki, bu təminat ötən gün də cənab Prezidentimiz tərəfindən qarşıya qoyulmuş hədəflərə nail olunması üçün kifayət qədər lazımi tədbirlər görüldü. Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verməsi təkcə dövlət səviyyəsində deyil, ictimaiyyət tərəfindən də kifayət qədər dəstəklənir. Hər bir Azərbaycan vətəndaşı Ordunun yanında olmalıdır”.

sia.az

Digər xəbərlər