Siyasət

  • 3 612

"Ölkəmizdə insanların sağlamlığına böyük önəm verilir" AÇIQLAMA-ÖZƏL

image

“Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas prioriteti sosial istiqamətdir. Sosial istiqamət isə insanların sosial rifah halının yaxşılaşdırılması və sağlamlığına yönəlib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.Sosial sahədə səhiyyənin xüsusi yeri olduğunu dilə gətirən deputat söyləyib ki, son 15 ildə görülən işlər nəticəsində Azərbaycanda ən ucqar bölgəsində belə yeni tibb məntəqələri fəaliyyət göstərir.İ.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də açılışında iştirak etdiyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun yeni, müasir avadanlıqlar təchiz olunması, ölkəmizdə insanların sağlamlığına verilən böyük önəmin göstəricisidir: “Yeni müasir avadanlıqlar xəstəliklərin vaxtından əvvəl aşkarlanmasında mühüm rol oynayır. Bu gün vərəm xəstəliyi ilə mübarizə aparmaq üçün ən müasir xəstəxanalar, avadanlıqlar mövcuddur. Bütün bunlar insanların profilaktik müayinələrdən keçməyə imkan verir. Bunun da nəticəsində xəstəlikləri vaxtından əvvəl aşkar edərək, tez bir zamanda müalicə etmək imkanı yaradır. Bütün bunlar o deməkdir ki, səhiyyə sistemində qayğı insanların xəstələnməsindən sonra deyil, ondan öncə, yəni profilaktika zamanı da özünü göstərməkdədir. Ölkə səhiyyəsinin əsas məqsədi insanların tez bir zamanda sağalaraq iş qabiliyyətini daha tez bərpa etməsi, həyata, cəmiyyətə, ailəyə daha tez inteqrasiya edilməsidir”.Komitə üzvü vurğulayıb ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf göz qabağındadır: “Bu sahə ilə bağlı ayrı-ayrı Dövlət Proqramları həyata keçirilir ki, bura şəkərli diabet xəstələrinin dərman təchizatı, onkoloji xəstələrin şiş əleyhinə, hemodializ xəstələrinə dərman preparatlarının təmin olunması daxildir. Bu proqramların həyata keçirilməsi üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılır ki, sözügedən xəstəliklərin qarşısı alınsın, insanlar sağlam və rahat yaşasınlar”.Onun sözlərinə görə, ölkəmizdə səhiyyə sahəsində kadrların hazırlanması məsələsinə xüsusi önəm verilir: “Bu gün ölkəmizdə ən ağır əməliyyatlar belə uğurla icra edilir. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti və qayğısı nəticəsində mümkün olub”.

sia.az

Digər xəbərlər