Siyasət

  • 3 767

"Heç kim Azərbaycanı öz yolundan döndərə bilməz” ÖZƏL-ŞƏRH

image

“Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr hər zaman iflasa uğrayıblar və bundan sonra da öz çirkin niyyətlərinə çatmayacaqlar”. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən üzü bəri xaricdəki bir sıra qüvvələr, erməni lobbisi daim çalışıb ki, ölkəmizi nüfuzdan salsınlar, onun imicinə zərbə vursunlar: “Bu istiqamətdə düşmənlərimiz həmişə fəaliyyətdə bulunub, Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparıblar. Təəssüf ki, daxildəki “sapı özümüzdən olan baltalar” da bir çox hallarda dövlətimiz əleyhinə olan bu dairələrə dəstək olub, onların dediklərini icra ediblər. Lakin Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan öz yolu ilə gedir, heç kim bizi yolumuzdan sapdıra bilməz. İndiyə kimi düşmənlərimiz və onlara dəstək verən daxildəki qüvvələr dəfələrlə bu kimi çirkin kampaniyaya baş vurublar. Amma hər dəfə də onların bu çirkin niyyətləri baş tutmayıb. Çünki Azərbaycanda xalqla hakimiyyət birdir.Dövlət başçısının ölkəmizin və xalqımızın maraqları naminə apardığı uğurlu siyasət daim mütləq əksəriyyətdən ibarət olan vətəndaşlarımız tərəfindən dəstəklənib və dəstəklənməkdə davam edir. Xalqla iqtidarın bir olduğu məkanda isə heç kim Azərbaycana öz istəyini diqtə edə bilməz. Bu mənada düşmənlərimizin və daxildəki çirkin qüvvələrin dövlətimiz, xalqımız əleyhinə yönəlik bütün fəaliyyətləri iflasa uğrayıb və bundan sonra da uğrayacaq. Heç kim Azərbaycanı öz yolundan döndərə bilməz”.

sia.az

Digər xəbərlər