Siyasət

  • 4 152

"Qarayaxma kampaniyasının arxasında xarici dairələr dayanır" MÖVQE-ÖZƏL

image

“Ümumiyyətlə Mehman Hüseynovun Azərbaycan mətbuatına, peşəkar jurnalistikaya heç bir aidiyyatı yoxdur. Sadəcə o müxtəlif çəkilişlər apararaq, cəmiyyətdə jurnalist adından bu və ya digər dərəcədə sui-istifadə edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.O bildirib ki, son dövrlərdə Mehman Hüseynovun adı ilə bağlı aparılan qara yaxma kampaniyasının məqsədində Azərbaycan və hakimiyyətə qarşı mənfi rəy yaratmaq cəhdidir.Baş redaktor söyləyib ki, bu addımlar bəzi xarici dairələrə guya Azərbaycanda insan hüquq və azadlıqlarının kəskin şəkildə pozulduğunu, insanların azad fikrilərinə görə təhdid olunduğunu göstərməkdir: “Əlbəttə bütün bu qara yaxmaların arxasında duran niyyət Azərbaycan dövlətini hüquqi bir dövlət olmaqdan daha çox hislərin, arzuların idarə etdiyi dövlət kimi göstərməkdir. Lakin hesab edirəm ki, hər kəs düşünüb, dərk etməlidir ki, Azərbaycan artıq illər öncəki dövlət deyil və cəmiyyətimiz heç bir əks kampaniyanın oyunçusuna çevrilmir”.A.Aşırlı qeyd edib ki, sözügedən qarayaxma kampaniyasının arxasında daxildəki qüvvələri dəstəkləyən xarici dairələr dayanır: “Həmin bu qüvvələr ölkəmizdə həyata keçirilən müstəqil siyasəti qarşı olmaqla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllində geri çəkilməməsinə qarşı bu cür təzyiq vasitələrinə əl atırlar. Bu kampaniyanın “The Washington Post” qəzetində davam etdirilməsi ilk hal deyil. Hesab edirəm ki, istər Amerika, istərsə də Avropa KİV-ləri beynəlxalq jurnalistika prinsiplərinə riayət etməlidirlər. Baş verən hadisə ilə bağlıbütün tərəflərin fikirlərinə hörmətlə yanaşılmalı, hər hansı məsələ işıqlandırılmadan öncə araşdırılmalıdır. “The Washington Post”da yazılan yazılar birtərəfli, qərəzlə yazılan yazıdır. Ən azından təfərrüatına varıb, Azərbaycanın dövlət qurumlarının rəyini dərc edə bilərdilər. Yazının birtərəfli olması, onun qərəzindən xəbər verir”.

sia.az

Digər xəbərlər