Siyasət

  • 5 375

"Səs" qəzeti YAP-ın səsi, ürək sədası olub

image

Nurlana Əliyeva,

YAP Qadınlar Şurasının sədri, Slavyan Univeristetinin rektoru, professor
- Müstəqil Azərbaycanda kütləvi informasya vasitələrinin sayı durmadan artmaqdadır. Mütaliəni sevən, onun mənəvi vacibliyini, zərurə-tini dərk edən insanlar KİV-lərdən istifadə etmədən yaşaya bilməz. KİV-lər içərisində iqtidaryönümlü qəzetlərin xidməti mənim üçün daha yüksək qiymətə layiqdir. Vaxtilə Üzeyir bəy Hacıbəyovun bir felyetonunda deyilirdi ki, məşədi, qəzetiniz bağlansa nə olar? O, öz cavabında bildirirdi ki, "lal, kar, kor olarıq". Bu baxımdan da Yeni Azərbaycan Partiyası yarandığı gündən "Səs" qəzeti YAP-ın səsi, ürək sədası olub. Partiyanın mövqeyini, məramını, nizamnaməsini, məqsədini "Səs" qəzeti bütün dünya ictimaiyyətinə çatdırıb. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev bildirirdi ki, mənim üçün ən əziz qəzet "Səs" qəzetidir. Əgər bu qədər dünya görmüş, bu qədər oxumuş bilikli savadlı, dünyanın bütün sahələrinə vaqif olan bir insan "Səs" qəzetini bu qədər yüksək qiymətləndirirsə, məlumdur ki, bu qəzetin mövqeyi hansı duruma malikdir. Bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının ovqatını cəmiyyətimizə çatdıran, Partiyanın mövqeyini geniş oxucu auditoriyasına təqdim etməyi bacaran "Səs" qəzeti, doğrudan da, böyük bir ideologiya yolu keçmişdir. İstər iqtidarın, cəmiyyətimizin tərəqqisi, inkişafı, insanlarımızın rifahı üçün atmış olduğu unikal addımları geniş ictimaiyyətə təqdim etməklə, istər gənclərimizə YAP-ın ideologiyasının təqdim edilməsində, istər müxalifətin iç üzünün təqdim edilməsində, istərsə də cəmiyyətimizdə baş verən ictimai-siyasi hadisələrin işıqlandırılmasında, Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında "Səs" qəzetinin əvəzedilməz rolu mövcuddur. Bir oxucu kimi "Səs" qəzetində dərc edilən hər bir yazını oxuyarkən məndə bir əhval-ruhiyyə formalaşır ki, bu qəzetin əməkdaşları bütün varlıqları, ağılları, zəkaları, sədaqətləri ilə, Yeni Azərbaycan Partiyasının mövqeyində möhkəm dayanan, lazım gələndə bu partiyanın ideologiyası uğrunda həyatlarından keçən insanlardır. Bu qəzetin mövqeyi, əhval-ruhiyyəsi insanlara məhz bunları aşılayır. Cəmiyyətdə gedən ictimai-siyasi hadisələr bu günləri ən çox "Səs" qəzetində işıqlandırılır. Bir məqamı da vurğulayım ki, bu məsələlər qəzetdə elə formada işıqlandırılır ki, cəmiyyətdə üzümüzə dayanan əks-qütblü qüvvələr, cəmiyyətimizin fəaliyyətində böyük rol oynayan qüvvələr, cəmiyyətimizin inkişafı və tərəqqisi üçün atılan addımlar, hər biri "Səs" qəzetində cəmiyyəti tam dolğun və yüksək səviyyədə çatdırılır. Məhz bundan da, belə, nəticəyə gəlmək olar ki, "Səs" qəzetini oxuyan oxucu digər qəzetləri oxumasa belə Azərbaycan gedən ictimai-siyasi prosesləri, insanların fəaliyyəti haqqında, YAP-ın rolu haqqında olduqca geniş təsəvvür əldə etmiş olar. "Səs" qəzetində dərc edilən materialları izləyərkən insanlarda belə bir təsəvvür yaranır ki, YAP sıralarında fəaliyyət göstərən insanlar müxalifətdən fərqli olaraq, real işlərlə məşğuldur. Onlar intiriqalarla, söz-söhbətlərlə digər partiyalar kimi məşğul deyillər. Bu vətənpərvərlik, mütəşəkillik YAP-ın mütəşəkilliyidir. Mütəşəkkillik "Səs" qəzetinin səhifələrində özünü daha aydın şəkildə göstərir. Ona görə də, 28 ildönümü ilə bağlı "Səs" qəzetinin əməkdaşlarına onun hər bir səhifəsini zəhmətlə diqqətdən keçirən insanlardan, onun hər kəlməsi, hər fikiri üçün əmək sərf edən ömür sərf edən insanlara təşəkkür edirəm ki, respublikamızın ən böyük siyasi qüvvəsi olan YAP-ın fəaliyyətini məhz bu cür təqdim edib işıqlandıra bilirlər. Ona görə də, əməllərində xətalara yol vermişlər, "Səs" qəzetinin süzgəcindən keçə bilmirlər. Çünki "Səs" qəzeti doğrudan da düzü-düz, əyrini-əyri yazır. Bu qəzet cəmiyyətimiziin bütün mənzərəsini inkişafını, tərəq-qisini, hər addımda görülən işləri Azərbaycanın abad simasını, yeniləşməni, ölkəmizin iqtisadi cəhətdən sürətinin tempini, yeraltı sərvətlərimizin insan kapitalına çevrilməsi uğrunda cəmiyyətdə görülən işləri, gəncliyimizin inkişafını çox yüksək formada geniş oxucu auditoriyasına təqdim edir. Bu tərəqqidən fərəh hissi ilə keçirməyimizlə yanaşı, həmçinin, bu təqdimat bizləri səfərbər edir. Bizlərdə çox böyük bir inam yaradır. "Səs" qəzeti bizlərdə böyük bir inam yaradır ki, Azərbaycanın tutmuş olduğu bu mövqe çox güclü bir mövqedir. Ulu Öndərimiz Heydər Əliyevin qurub yaratmış olduğu Yeni Azərbaycan Partiyası Onun ideoloji qanadları olan "Səs" qəzeti və bu qəzetin əməkdaşları bu günləri, doğrudan da, respublikamızın ən hünərvər, haqq arayan insanlarıdırlar. Mən bu haqq aramaq yolunda "Səs" qəzetinin hər bir əməkdaşına böyük dəyanət, qüvvət arzulayıram. Ağlınız, zəkanız, biliyiniz güclü olsun, qələminiz iti, ən əsası canınız möhkəm olsun ki, sizlər bu mühüm işlərin öhdəsindən layiqincə gələ biləsiniz.

sia.az

Digər xəbərlər