Siyasət

  • 3 668

"Səs" qəzeti hər zaman öz obyektivliyini qoruyub" SƏS-28 - ÖZƏL-TƏBRİK

image

“Səs” qəzetinin işıq üzü görməsinin 28 illiyi ilə bağlı bütün kollektivi səmimi qəlbdən təbrik edirəm. Qəzetin ərsəyə gəlməsində əziyyəti olan insanlardan dünyadan köçənlərə Allahdan rəhmət diləyirəm”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, “Səs” qəzetini digər qəzetlərdən fərqli edən bəzi məqamlar var: ““Səs” qəzeti Azərbaycanın demək olar ki, müstəqilliyi ilə yaşıd bir dövrdə “Əlincə“ Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilib. Həmin vaxtlar ölkənin ictimai-siyasi, iqtisadi vəziyyəti çox acınacaqlı bir vəziyyətdə idi. Biz bir tərəfdən SSRİ-dən ayrılmışdıq və yenicə müstəqil olmuşduq, digər tərəfdən isə müəyyən problemlərlə üz-üzə gəlmişdik. Ən vacib məsələ isə biz Dağlıq Qarabağ kimi böyük bir müharibə şəraitində idik. Həmin o cür katalikzmlərin içərisində, gərgin bir vəziyyətdə “Səs” qəzeti Azərbaycanı informasiya blokadasından çıxarmaq üçün əlindən gələni etmişdir. Hər zaman çalışıb ki, insanlara dəqiq və qərəzsiz məlumatları çatdırsın. Təbii ki, bunun üçün fədakarlıq edən insanlar olub. Bu qəzet təsis olunanda onun maddi bazası o qədər də güclü deyildi. Qəzetin üzərində çox böyük basqılar var idi. Bildiyiniz kimi o zamanlar mətbuatın azadlığından söhbət gedə bilməzdi. Bütün bunlara baxmayaraq “Səs” qəzeti həmin o ağılagəlməz problemlərin içərisindən çıxaraq artıq 28 illik yubileyini qeyd edir.“Səs” qəzetinin ən böyük xidməti Ümummilli Lider Heydər Əliyevlə bağlı 91-lərin müraciətini öz səhifəsində dərc etməsi oldu. Bundan sonra isə Ulu Öndər “Səs” qəzeti vasitəsilə ziyalıların müraciətinə cavab vermişdir. Məhz “Səs” qəzetini “Səs” qəzeti edən bu mühüm amillərdir. Bu gün artıq SƏS Media Qrupu mövcuddur. Bu çox böyük bir nailiyyətdir. Artıq qəzetin bazasında onun “Səs” İnformasiya Agentliyi (SİA), “Səs” İnternet televiziyası, SİAsport kimi resurslar var. Bütün bunlar hamısı ondan xəbər verir ki, “Səs” qəzeti bu gün də inkişafdadır. 28 il bir o qədər böyük tarix olsa da, bir o qədər də kiçik tarixdir. Amma əldə edilən nailiyyətlər çox təqdirəlayiqdir. Bildiyiniz kimi “Səs” qəzetinin yubileyləri hər zaman cənab Prezident İlham Əliyevin diqqətində olub. Düşünürük ki, qəzet hər zaman öz obyektivliyini qoruyub və bundan sonra da qoruyacaq. Mən başda SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev olmaqla bir daha bütün kollektivi təbrik edirəm. Uğurlarınız bol olsun”.

sia.az

Digər xəbərlər