Siyasət

  • 2 782

""Səs" müstəqil Azərbaycanın ilk demokratik qəzetlərindəndir" TƏBRİK-ÖZƏL

image

“Səs” qəzeti müstəqil Azərbaycanın ilk demokratik qəzetlərindən biridir. Bu qəzetin fəaliyyəti bütöv Azərbaycan dövlətçiliyinin fəaliyyəti ilə bağlı və həmahəngdir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.“Səs” qəzetinin Ümummilli lider Heydər Əliyevin Azərbaycana əvəzsiz rəhbər olduğunu xalqa rəsmi bəyan edən mətbu orqanı olduğunu deyən YAP Siyasi Şurasının üzvü söyləyib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə dönüşündə bu qəzetin xidmətləri çox böyükdür.M.Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman “Səs” qəzeti haqqında yüksək fikirdə olub, Yeni Azərbaycan Partiyasının qurultaylarında, konfranslarında bu qəzetin partiyanın həyatında çox mühüm rol oynayan mətbu orqan olduğunu söyləyərək, qəzetdə çalışan kollektivin peşəkarlığını, dövlətçiliyə sədaqətliliyini, xarakterini yüksək qiymətləndirib.Deputat qeyd edib ki, “Səs” qəzeti bu illər ərzində dövlətçiliyimizin möhkəmlənməsində, uğurlarımızın təbliğ olunmasında, çatışmazlıqların tənqid edilməsində, Prezident İlham Əliyevin siyasətinin ölkə vətəndaşlarına, dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus yeri var: “Yeni Azərbaycan Partiyasının üzvü olaraq mən də daim bu qəzetlə əməkdaşlıq etdiyimə görə sevinirəm. Müsahibələrim, yazılarım bu qəzetdə hər zaman işıqlandırılıb. O cümlədən “Səs” İnformasiya Agentliyinin toplantılarında, dəyirmi masalarında iştirak etmişəm və bundan məmnunluq duyuram. “Səs” qəzetinin kollektivinə uğurlar arzu edirəm və inanıram ki, Azərbaycan dövlətçiliyi, Yeni Azərbaycan Partiyası var olduqca “Səs” qəzeti də var olacaq, şöhrətlənəcək daha böyük uğur qazanaraq, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edəcək. Bayramınız Mübarək!”.

sia.az

Digər xəbərlər