Siyasət

  • 3 537

YAP Goranboy rayon təşkilatı 24 yaşını qeyd edib

image

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı yaranmasının 24-cü il dönümü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevin rayon mətkəzində ucaldılmış abidəsni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər, Onun əziz xatirəsini yad ediblər.Tədbir YAP Goranboy rayon təşkilatının iclas zalında davam etdirilib.Tədbiri giriş sözü ilə partiyanın YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq rayon təşkilatının 24 il ərzindəki fəaliyyətindən, partiyanın ölkəmizdəki inkişafındakı xidmətindən, partiyanın yaranma zərurətindən, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafındakı xidmətlərindən, son zaman, Azərbaycanın iqtisadi mədəni inkişafında Yeni Azərbaycan Partiyasının sədri möhtərəm prezidentimiz İlham Əliyevin xidmətlərindən bəhs edib.Daha sonra YAP rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova çıxış edərək bildirib ki, bu gün ölkəmizdə Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan kütləyə və dayanıqlı siyasi proseslərə həledici təsir imkanı olan ikinci bir partiya mövcud deyil. 24 illik tarixi ərzində Yeni Azərbaycan Partiyasınını əldə etdiyi nailiyyətlər partiyanın Goranboy təşkilatının fəaliyyətində də özünü göstərməkdədir. Ötən dövr ərzində Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan YAP Goranboy rayon təşkilatı yüksək təşkilatlanma və inkişaf yolu keçib, partiyamızın sıraları cəmiyyətimizin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənib. Əgər 1995-ci ildə YAP rayon təşkilatının sıralarında 500 nəfərə yaxın üzvü vardırsa hazırda onların sayı 7492-nəfərdən çoxdur. “Bu da Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə, siyasi fəlsəfəsinə sədaqət və ehtramı, eləcə də Azərbaycan Prezidenti Partiyamizin Sədi cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətə inamın və etibarın ifadəsidir”, deyə natiq vurğulayıb.Natiq, təşkilat yarandığı müddətdən indiyə kimi prezident, parlament, bələdiyyə və referendum səsverməsində yüksək fəallıq göstərərək öz qələbəsinə imza atdığını da qeyd edib.Daha sonra Rayon Mədəniyyət Mərkəzi ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri Həsən Şirinov,YAP-nın fəal üzvü Fizuli Almuradov da çıxış edərək YAP –ın yaranma tarixindən danışıblar.Tədbirin sonunda bir qrup YAP üzvləri fəxri fərmanlarla təltif ediliblər.Həçinin, partiya sıralarına yeni daxil olan bir qrup gəncə YAP-ın vəsiqələri təqdim edilib.

sia.az

Digər xəbərlər