Siyasət

  • 2 410

"ABŞ və Rusiya bunun əleyhinə deyillər” ÖZƏL-MÖVQE

image

“Türkiyə Suriya ilə sərhəd boyunca təhlükəsizlik bölgəsi yaratmaq istəyir və gələn xəbərlərə görə ABŞ və Rusiya bunun əleyhinə deyillər”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bu məsələni yanvarın 23-də rusiyalı həmkarı Vladimir Putinlə Moskvada müzakirə edəcək: “Əlbəttə, Ankaranın məramı aydındır. Ancaq tampon bölgə Suriyada PKK-YPG-PYD problemini həll etməyəcək. Çünki həmin güclər tampon bölgəyə daxil olmasalar da özlərinin nəzarətindəki bölgədə güclənəcəklər. Bu isə o deməkdir ki, Ankara mövcud reallığı nəzərə alaraq Suriya ərazisinin tamamında PKK uzantılarına qarşı genişmiqyaslı hücum əməliyyatı rellaşdıra bilməyəcək. Ancaq Ankaranın bir uğurunu da qeyd etmək lazımdır. Vaşinqton necə vaxtdır deyirdi ki, “Rusiyadan C-400 raketləri alsaz Sizə Patriot raketlər satmayacağıq”. Ancaq hazırda Türkiyə həm Rusiyadan, həm də ABŞ-dan raketləri almağa hazırlaşır”.

sia.az

Digər xəbərlər