Siyasət

  • 2 144

"Bütün aktorlar Ermənistanı konstruktiv danışıqlara yönəltməlidir” ŞƏRH-ÖZƏL

image

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilən görüşün həm müsbət, həm də mənfi tərəfləri var. Görüş yeni hökumətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarını bilmək üçün əhəmiyyətli idi”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Görüşün yekunu ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərin yaydığı bəyanata toxunan siyasi şərhçi bildirib ki, hər zaman olduğu kimi vasitəçilərin budəfəki bəyanatları deklorativlikdən kənara çıxmadı: “Hər iki dövlətin vətəndaşlarını sülhə çağırmaq, bir-birilərinə münasibəti bu istiqamətdə qurmaq kimi bəyanatlar bizi qane etmir. Yenə də onlar kimin işğalçı və kimin işğala məruz qaldığını açıq şəkildə bəyan etmirlər”.A.Nağıyev qeyd edib ki, artıq ATƏT-in Minsk qrupu həmsədrləri, digər dövlətlər, ATƏT-in rəhbərliyi də anlamalıdır ki, bu məsələlərin diplomatik şəkildə həll olunmaması və ya uzadılması hərb yoluna gətirib çıxara bilər. Ona görə də, görüşlərdə qarşıya qoyulmuş məqsəd yerinə yetirilməlidir. Bu baxımdan bütün xarici və daxili aktorlar bu məsələdə Ermənistanı konstruktiv danışıqlara yönəltməlidir”.

sia.az

Digər xəbərlər