Siyasət

  • 3 279

YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı təsdiqlənib

image

Yanvarın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. SİA xəbər verir ki, iclasda YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı və gündəlikdə duran cari məsələlər müzakirə edilib.YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən qətiyyətli dövlət siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, bu nailiyyətlər təşkilatın üzvlərini 2019-cu ildə də səmərəli fəaliyyət göstərməyə ruhlandırır.2019-cu ildə ölkəmizin, o cümlədən YAP-ın həyatı üçün mühüm tədbirlərlə zəngin olacağını vurğulayan Ş.Hacıyev qeyd edib ki, partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi, bələdiyyə seçkiləri, “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairinin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər hər bir üzvdən yüksək fəallıq tələb edir. Bu istiqamətdə səmərəli fəaliyyət göstərmək üçün YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı yüksək dəqiqliklə hazırlanıb. Partiyanın, o cümlədən təşkilatın hər bir üzvü bütün bu tədbirlərdə yüksək fəallıq nümayiş etdirməlidir.İclasda YAP Səbail rayon təşkilatının, onun qadınlar şurasının, gənclər təşkilatının və nəzarət-təftiş komissiyasının illik iş planları müzakirə olunub, rəy və təkliflər dinlənilib.İdarə heyətinin üzvləri çıxışlarında iş planlarının geniş, əhatəli və yüksək dəqiqliklə hazırlandığını bildiriblər.Çıxışlardan sonra iş planları səsə qoyularaq təsdiqlənib.İclasda, həmçinin yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olan müraciətlərə baxılıb, “Nərgiz Mall” Ticarət Mərkəzi "Fəvvarələr" ərazi ilk partiya təşkilatının müraciətinə baxılaraq qeydiyyata alınması barədə qərar qəbul olunub.Sonra cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

sia.az

Digər xəbərlər