Siyasət

  • 3 947

"Ermənistan Xocalı soyqırımı ilə bəşəriyyətə qarşı ağır cinayət törədib" AÇIQLAMA-ÖZƏL

image

“Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı deyib.O bildirib ki, Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib.Onun sözlərinə görə, Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib.Dövlətimizin hücum diplomatiyasının həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynadığını deyən M.Qasımlı qeyd edib ki, ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub.Deputat vurğulayıb ki, xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər göz önündədir: "Lakin biz kifayətlənməməliyik. Səylərimizi daha da artırmalıyıq. Çünki düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır”.

sia.az

Digər xəbərlər