Siyasət

  • 4 263

“Azərbaycana səyahət”

image

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar ölkəmizin Tacikistandakı səfirliyi tərəfindən Düşənbə şəhərində universitet tələbələri arasında “Azərbaycana səyahət” adlı intellektual oyun keçirilib. SİA-nın məlumatın agörə, tədbirdə yerli ali təhsil ocaqlarının komandaları ilə yanaşı, ictimai fəallığı ilə seçilən gənclər, diaspor nümayəndələri və səfirliyin əməkdaşları da iştirak edib.Azərbaycanın Tacikistandakı səfir Həsən Məmmədzadə ölkəmizin diplomatiyasının yaranma tarixi, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvləri, habelə Azərbaycan Xalq Cümhuriyyəti və onun uğurları barədə ətraflı məlumat verib. 1991-ci ildə yenidən müstəqilliyi qazanan Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi diqqətə çatdırılıb. Sonra iştirakçılar yeddi komandaya bölünüb, komandalar özlərinə Azərbaycanla bağlı adlar seçib. Oyunun sualları Azərbaycanın dahi şəxsiyyətləri, Xalq Cümhuriyyəti, ölkəmizin diplomatiyası və xarici siyasəti, tarixi, elmi və mədəniyyəti, ölkəmizin dünya səviyyəsində keçirilən mühüm tədbirlərdə iştirakı və ev sahibliyi barədə olub.Maraqlı və aktiv şəraitdə keçən oyun zamanı gənclər ölkəmizin tarix və mədəniyyəti barədə verilən suallara cavab verib, sonda qalib komandalar mükafatla təltif ediliblər.

sia.az

Digər xəbərlər