Siyasət

  • 2 677

"Azərbaycanın öz gücünə arxalanmaq lazımdır” ÖZƏL-MÖVQE

image

"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra biz bir vətəndaş olaraq qərb demokratiyasına, dəyərlərinə inanırdıq. Təbii ki, o istiqamətdə də qərbə inteqrasiya yolunu tuturuq və bunu da bir vətəndaş olaraq hər yerdə qeyd edirik". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Politoloqun sözlərinə görə, amma sonradan dünyada gedən proseslər onu göstərdi ki, əgər Sovet dövrü kommunist ideologiyasına əsaslanıb öz siyasətini yeridirdisə, qərb ölkələri də “demokratiya” pərdəsi altında öz işlərini görürlər: "Beynəlxalq aləmdə əsas rolu güc oynayır. Azərbaycanın 1991-ci ildən bu yana keçdiyi fəaliyyəti dövründə biz bunun şahidi olduğumuza görə, Prezidentimizin də sözünə haqqı qazandırırıq. Doğurdan da indi dünyanı güc həll edir. Azərbaycanın gücü olmasaydı biz Aprel döyüşlərində qazandığımız nailiyyətləri qoruyub saxlaya bilməzdik. Deməli torpaqlarımızı işğaldan azad etmək üçün və ərazi bütövlüyümüzün bərpasında da beynəlxalq hüquq, insan haqqları və s. nəzərə almaqla ən əsası Azərbaycanın öz gücünə arxalanmaq lazımdır”.

sia.az

Digər xəbərlər